Azərbaycan polisinin bu gün saxlayıb üzərindəki qondarma emblemi sökdüyü avtobus bu avtobusdu.
Azərbaycan polisinin bu gün saxlayıb üzərindəki qondarma emblemi sökdüyü avtobus bu avtobusdu. Ermənilərin bir neçə il bundan qabaq Xankəndidə yaratdığı və hazırda Ermənistan I Divizionunda mübarizə aparan "Lernayin Artsakh" futbol klubunun avtobusu. Maraqlıdır ki, bu klubun prezidenti paralel olaraq, həm də qondarma Artsax Futbol Liqasına rəhbərlik edir. UEFA-nın tanımadığı bir liqaya rəhbərlik edən şəxs UEFA üzvü olan Ermənistan çempionatında klub prezidentidir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA illərdi bu fakta görə UEFA qarşısında məsələ qaldırıb Ermənistan Futbol Federasiyasının cəzalanmasına cəhd belə etmir. Anar Xanlarov.
Oxunub: 353