Bu gün Şamaxı Olimpiya Mərkəzində Şamaxı Şəhidlərinə həsr olunmuş Taekvondo idman növü üzrə Şamaxı və Göyçay taekvondo komandalarının yoldaşlıq görüşü keçirilmişdir.

 




Yarışda 2008, 2009, 2010, 2011-ci illər təvəllüdlü taekvondoçular iştirak edirdi. Bu yarışda Şamaxı  taekvondoçularının 5-i çempion olmuşdur. Yarışda fəxri qonaqlar sırasında Vətən Müharibəsinin Qəhrəmanı şəhid Elyar Vəliyevin atası Arif Vəliyev və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Şamaxı filialının sədri Əzim Ağayev müəllim iştirak edirdi. Yarışın təşkilatçıları adından Şamaxı Olimpiya Mərkəzinə öz minnətdarlığımızı bildiririk!

Oxunub: 437
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az