Taekvondo idman növü üzrə Ağcəbədi rayonunun baş məşqçisi Əkbərov Tapdıq müəllimdir....

Taekvondo idman növü üzrə Ağcəbədi rayonunun baş məşqçisi Əkbərov Tapdıq müəllimdir. Tapdıq müəllim Taekvondo üzrə qara kəmər IV dan sahibidir. 25 il məşqçilik fəaliyyəti var. Tapdıq müəllimin  bir çox yetirmələri Avropa çempionları və mükafatçılarıdır. Bunlardan Məmmədov Xəyal, Əkbərova Minayə, Şirinzadə Şamilin adın çəkmək olar. 
Hal-hazırdaTapdıq müəllim Ağcəbədi Olimpiya İdman kompleksində hər gün saat 17:00 -19:00 kimi taekvondo məşqlərini aparır. 

Tapdıq müəllimin bəzi sözlərini təqdim edirik.
-Məşqçi həyatı maraqlı və məsuliyyətli bir işdir. Əlavə olaraq məşqçi hakim də olanda yaxşı və ədalətli olmaq çox çətindir. Yetirmən üçün yaxşı dost da ola bilərsən, qardaş da amma qərar verəndə ədalətli olmalısan. Çox çətindir yaxşı olmaq..
-


İdmanın mənə qazandırdığı dəyərli dostlarım var, bu gün də onlarla əlaqədəyəm...
-Bir şəxsə qardaş demədən qabaq fikirləş, o, bu sözə layiqdirmi, çünki qardaşlıq ağır bir yük və məsuliyyət tələb edən bir mövzudur. Xüsusi olaraq taekvondoda. Bilirsinizdə, taekvondo nəzakətlə başlayır…. 
-Daha çox gənclərə dəstək oluram, onların hal-hazırda peşəkar idmançı olmaq şansları çoxdu, onlara bu yolda yardımım dəyirsə nə xoş mənə.
 
-Hakimlik çətin peşədir. Çünki hər an diqqətin taekvondoçuda olmalıdır,onu izləməlisən ki,  hər hansısa addımında nə etdiyini görə biləsən. Müəllimlik də ki, çox şərəfli və məsuliyyət  peşədir. Deyərdim ki, onun məsuliyyəti elə hakimlik məsuliyyəti qədərdir, ona bərabərdir.
- Bildiyiniz kimi taekvondo qaydalar gündən-günə dəyişir, yenilənir. Onları mütaliə edirəm, öyrənirəm. Boş vaxtlarımda bəzən Azərbaycan yazıçılarının əsərlərini oxuyuram.
-Deyərdim ki, biz psixoloji cəhətdən tam hazırıq. Birliyə qaldıqda isə deyə bilərəm ki, bəlkə də, klubumuzda olan birlik az-az komandalarda mövcuddur.
- Çünki belə demək mümkünsə, döyüşün gedişatı sənin əlində olur. Həm hücumu qurmalısan, həmçinin də müdafiədə olmalısan.
-Bizim bu uğurlarımızın səbəbkarlarıda var. Çox sağolsunlar. Bizə rayon və federasiya rəhbərliyi də dəstək oldu.

Oxunub: 543
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az