Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarından gələn medallar......
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmiz göstərdiyi yüksək nəticələrə görə 163 ölkə içərisində 10-cu yerdə qərarlaşdı. İdmançılarımız ümumilikdə 14 qızıl, 1 gümüş və 4 bürünc medal olmaqla 19 medalla Vətənə döndülər. Eləcə də, Paralimpiyadada bir neçə yeni dünya rekordları idmançılarımız tərəfindən müəyyən edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən yüksək diqqət və qayğı, ölkə başçısının hər zaman idmançıların yanında olması, onların qayğılarını həll etməsi, məişət şəraitlərini daha da yaxşılaşdırması, idmanda kütləviliyin təmin edilməsi istiqamətində gördüyü genişmiqyaslı işlər öz uğurlu nəticəsini verməkdədir. Bir daha idmançılarımızı, onların məşqçilərini, ailə üzvlərini səmimi qəlbdən təbrik edir, idmançılarımıza yarışlarda uğurlar arzu edirik