Məhəmməd Əmin Rəsulzadə onun məzarı başında deyib: “Ey insanlar, bu gün Azərbaycan mədəniyyətinin atası öldü”.





Həsən bəy Zərdabi 1907-ci ildə dünyasını dəyişəndə onu Bibiheybət məscidinin yanındakı qəbiristanlıqda dəfn ediblər. Sonradan yol çəkildiyinə görə qəbri bir qədər yuxarı tərəfə köçürdüblər. Bir neçə ildən sonra Qəribsoltan xanıma xəbər gəlib ki, bəs atanın məzarını yenə başqa yerə köçürtmək lazımdır, yol çəkilir. Tənha qadın, əlində atasının sümükləri olan torba… Onları basdırmağa yer tapmayan qızı torbanı evinə aparır. 
Düz 7 il Qəribsoltan xanım o sümükləri evində gizlətdi. Həmin hadisədən sonra Qəribsoltan xanımın saçları bir gecənin içində ağappaq ağardı. 7 ildən sonra Şıxəli Qurbanovla zərdabişünas Abbas Zamanov çox böyük minnətdən, get-gəldən sonra Qəribsoltan xanımdan Həsən bəyin sümüklərini alırlar. Və onu Zərdabinin yubileyi ərəfəsində Fəxri Xiyabanda basdırırlar. Azərbaycanda heç bir ziyalının başına bu müsibət, bu oyun gəlməyib. 
Məhəmməd Əmin Rəsulzadə onun məzarı başında deyib: “Ey insanlar, bu gün Azərbaycan mədəniyyətinin atası öldü”.
Yazdı: Rəbiyyə Zərdabi
İllustrasiya: Rəsul Hasanov

Oxunub: 377
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az