Bugün Aprel döyüşlərinin qəhrəman Şəhidi Nazim Zəkarayevin doğum günüdür
Nazim Nadir oğlu Zəkarayev 1997-ci ilin 31 avqust günündə Şamaxı şəhərində anadan olub.
Əsgər Nazim Zəkarayev 2016-cı ilin aprel ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində (həmin ərazilər artıq işğalından azad edilib)baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına Şəhid olub.
Aprelin 9-u Nazim Zəkarayev doğulduğu Şamaxı şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Zəkarayev uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Nazim Zəkarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Oxunub: 443