ABŞ-ın səfiri Örl Litzenberger Şamaxı rayonunun Məlhəm kəndini ziyarət edib.


ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə Şamaxı rayonunun Məlhəm kəndini ziyarət edib. 
Azgundəm.az ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfər zamanı nazir və səfir Amerikanın hava texnologiyaları şirkəti “Baron Weather” şirkəti ilə birgə hava proqnozu stansiyasını istifadəyə verib. 
Bu tərəfdaşlıq ABŞ ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın iki ölkə üçün necə fayda gətirdiyinin növbəti gözəl nümunəsidir. Səfir eyni zamanda ağacəkmə mərasimində iştirak edib və iqlim dəyişikliyinin yaratdığı problemlərin həlli üçün nəzərdə tutulan təşəbbüsü alqışlayıb. 
ABŞ-ın olduğu kimi, Azərbaycanın da bölgələri böyük iqtisadi potensiala malikdir. Kənd sakinlərinin hər iki ölkənin iqtisadiyyatında oynadığı roldan qürur duyuruq”, - deyə səfirliyin yaydıığı məlumatda bildirilir.


Oxunub: 355
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az