Həm də musiqi insanı cinayətkar etməz.






“Bir dəfə rejissor Konçalovski Yaponiyaya getmişdi. Tokio aeroportunda onu 3 min skripka ifa edən uşaq qarşılamışdı. Konçalovski soruşmuşdu ki, Yaponiya elektronika ölkəsidir, bu qədər uşağın skripka ifa etməsini ölkənizə məqbul hesab etmirəm. Ona izah etmişdilər ki, bu qədər uşaq skripkaçı olmayacaq, valideynlər onları musiqi dərslərinə yazırlar ki, gələcəkdə hansı sahədə işləsələr, o sahəyə yaradıcı yanaşsınlar. Yəni, həkim olarsa, xəstəni quru-quru müayinədən keçirib elə quru-quru "sizin vəziyyətiniz çox pisdir" deməyəcək, şirin dillə xəstəliyinin 30 faizini yüngülləşdirəcək. Yaponlar deyiblər ki, musiqi dərsləri onların ruhsal olmağına hesablanıb. Həm də musiqi insanı cinayətkar etməz.”
Mənbə: Azər Qismət

Oxunub: 280
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az