Şamaxı Olimpiya Mərkəzində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Güllə atıcılığı (pnevmatik tüvəng) idman növü üzrə yeniyetmə və gənclər (oğlan və qızlar) arasında rayon birinciliyi keçirildi.
Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş ənənəvi tədbirlər davam etdirilir. Belə ki, 27 avqust 2021-ci il tarixində Şamaxı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Şamaxı Olimpiya Mərkəzində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Güllə atıcılığı (pnevmatik tüvəng) idman növü üzrə yeniyetmə və gənclər (oğlan və qızlar) arasında rayon birinciliyi keçirildi. İlk öncə Vətən Müharibəsində şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü açan Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək müzəffər ordumuzun Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin şərəfli döyüş yollarından və onların gənclər arasında təbliğ etmək məqsədi ilə keçirilən turnirlərin əhəmiyyətindən danışdı. Sonra tədbirdə qonaq qismində iştirak edən Vətən Müharibəsi Qəhrəmanı, XTQ-nin kəşfiyatçısı, şəhid Elyar Vəliyevin atası Arif Vəliyev və XTQ-nin kəşfiyatçısı, şəhid Sabir Heydərovun atası Ceyhun Heydərov çıxış edərək ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etrmiş övladlarının şərəfli döyüş yolundan, Vətən eşqindən danışdılar, turnirin təşkilatçılarına minnətdarlıqlarını bidirdilər. Sonra Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Şamaxı rayon filialının sədri Əzim Ağayev isə çıxış edərək vətənpərvər oğullarımızın xalqın yaddaşında əbədi yaşayacağını, igidlərimizin qəhrəmanlığının gənc nəslə örnək olduğunu, illər keçsə də, gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə şəhidlərimizi yad edəcəklərini vurğuladı. Çıxışlar bitdikdən sonra Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə rayon birinciliyinə start verildi. Qızlar və oğlanlar arasında keçirilən yarışın sonunda ən yüksək xal toplamış iştirakçılar hakimlər heyyətinin qərarına əsasən turnirin qalibi oldular. Belə ki, qızlar arasında Qumru Ağayevə I-yerə, Aysel Xeyrullayeva II-yerə, Xanım Osmanova isə III-yerə, oğlanlar arasında isə İmran Hüseynov I-yerə, Kərim Adilov II-yerə və Vüsal İmamaliyevc III-yerə layiq görüldülər. Sonda qalib gəlmiş yeniyetmə və gənclərimiz Şamaxı Rayon Gənclər və İdman idarəsinin müvafiq diplomları ilə təltif olundular.