Atalar ağlamır..






Atalar ağlamır..
Atalar çarəsiz qalır 
Oturub sakitcə dənizə baxırdım. Baxdım bir dayı sahilə yaxınlaşır, həm də geyimdə. Nədənsə içimdə narahatçılıq yarandı..
Bəlkə alışmışıq insanları çimərlik paltarında görməyə , bəlkə də daynın beli bükülmüş, qəmgin halı məni tədirgin etdi ..
Dayı dənizə doğru getdikcə özümdən asılı olmayaraq ayağa qalxdım. Çünki elə əynindəki paltar ilə,ayaqqabı ilə dənizə girməyə hazırlaşırdı.
Bu da mənə normal gəlmirdi.
Aramızdakı məsafə çox uzaq olduğundan addımlarımı sürətləndirməyə başladım. Dayı artıq dənizdə idi..
Həm də üzməyi o qədər də yaxşı bacarmadığım üçün ətrafa, arxaya baxırdım ki, köməyə kimsəni çağırım.
Mən dənizə çatanda dayı artıq boğazına kimi suyun içində idi.
Birdən mənə sarı dönərək əli ilə gəlmə dedi və mənə tərəf gəlməyə başladı..
Gəldi oturdu sahildə, mən də oturdum yanında.
Heç nə danışmadıq bir xeyli..
Sonra sakitcə dönüb mənə dedi ki..
Qızım narahat olma, mən 2 ildir bura Oğlumu ziyarətə gəlirəm 
2 il öncə oğlu dənizdə həlak olub və tapılmayıb.
Nə deyim bilmədim ..
Çay süzdüm içdik .. xeyli söhbət elədik.
Çox ziyalı insan idi.
İllərlə geolog çalışıb. Bir çox ölkələrdə olub.
Birdə mənim yerlim çıxdı.
Dedi bircə dənə də arzum qalıb gedim Kəlbəcərdən Göyçə mahalına baxım..Vətənimi uzaqdan görüm heç olmasa.
Dedi ..
Hər şeyi sıfırdan başladım ,oxudum, çalışdım , həyatın heç bir çətinliyi məni sındıra bilmədi.
Bircə oğul dərdi belimi bükdü.
Dedi ölənə kimi gələcəm bura.. oğlumun yanına.
Bəlkə də mən bu gün işə gedərkən yoldan qərar dəyişib dənizə getməyimin səbəbi onunla tanışmaq idi..
Axı heç nə təsadüf deyil bu həyatda
Mən bu günlük dərsimi aldım..
BIRCƏ SEVDİKLƏRİMİZ SAĞ SALAMAT YANIMIZDA OLSUN.
QALAN HƏR ŞEY ALINAR, TƏMİR EDİLƏR, ATILAR 
 AzLady Western

Oxunub: 341
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az