"Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”
"Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”Bu fikirləri Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı çıxışında bəyan edib.Prezident vurğulayıb: “Hesab edirdilər ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyəcək. Hesab edirdilər ki, bizi kimsə dayandıracaq. Onların himayədarları bizə, necə deyərlər, təsir göstərəcəklər, təzyiq göstərəcəklər. Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq".
Oxunub: 257