Hüquq Evi.
Dəfələrə iş elanlarını açıb oxuyanda bu cümləni orda görüb məyus oluruq:
Qadın işçi axtarılır və ya kişi işçi axtarılır. Gəlin baxaq qanunvericilik bu cinsi ayrıseçkiliklə bağlı nə deyir?
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” adlı bir Qanunumuz var və bu qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Qısası, kişi və qadınların hüquqları bərabərdir! Bu qanuna görə işə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, iş axtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir. Yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Lakin bəzi işlər var ki, Əmək məcəlləsi ilə o işlərdə qadınların işləməsi qadağandır. Yalnız həmin işlər üçün elan verilərkən “kişi işçi axtarılır” yazıla bilər.
Oxunub: 229