Şəhid ataları görüşdü.
Qobustan rayonundan Vətən müharibəsinin Qəhrəmanı şəhid Eliyarın atası Arif müəllim, Şamaxı rayonundan şəhid Heydərov Sabirin atası Ceyhun müəllim, Ucar rayonuna səfər etmişdirlər. Səfərin əsas məqsədi Ucar rayonunun Alpot kəndinin şəhidi Kərim Əliyevin atası Məhəmmədəli ilə görüşmək idi. Vətən müharibəsində vuruşan və şəhid olmuş qəhrəmanlarımızın ailələri bir-biri ilə mütəmadi olaraq görüş təşkil edirlər. Səfər zamanı Ağsu, İsmayıllı, Göycay rayonlarında olan Şəhid bulağlarınada ziyarət olundu. Görüşdə Azgundem.az saytının nümayəndələri, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Şamaxı filialının sədri Ağayev Əzim müəllim və Ucar rayonunun Yeni İctimai Nəzarət şurasının sədri Həsənov İlham iştirak edirdi.
Oxunub: 358