Dövlət qurumlarında işçilərin narkotestdən keçməsi gündəmə gəlib.
Dövlət qurumlarında işçilərin narkotestdən keçməsi gündəmə gəlib.
Qaynarinfo-ya daxil olan məlumata görə, narkomaniyanın geniş yayılması artıq bu addımı zərurətə çevirib. İddia olunur ki, artıq bu barədə müzakirələr aparılır. Mümkündür ki, yaxın vaxtlarda prosesə start verilsin.
Bildirilir ki, işçilərin hər ay narkotestdən keçirilməsi düşünülür. Bu, özəl şirkətlərdən də tələb olunacaq.
Məlumata görə, artıq bəzi iri özəl şirkətlər könüllü olaraq prosesə start verib. İddia olunur ki, test nəticəsində onlarla işçisinin narkotikadan istifadə etdiyi müəyyən olunub. Həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Seyid
Oxunub: 646