Şəhər inkişaf edən bölgəyə çevrilib, lakin bir sıra problemlər də qalır.
Şəhər inkişaf edən bölgəyə çevrilib, lakin bir sıra problemlər də qalır. Bu gün Sumqayıtda məişət tullantıları böyük ekoloji problemlərə gətirib çıxarıb. İnsanlar haqlı nazarılıq edirlər.Şşəhərin ekoloji durumunu düzəltmək üçün tullantıların emal edilməsi zavodu yaradılmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatının proqram meneceri Françeska Raçioppidir. Françeska xanım dəfələrlə Sumqayıtda olub:
Françeska Raçioppi: Şəhərin özü çox gözəldir. Sumqayıtın mərkəzində binalar hündür deyil, aralarında meydanlar var, küçələr genişdir. Bu mənada şəhər çox xoşagəlimlidir və mən orada olmaqdan həzz almışam. Yaşıllıqlar çoxdur, mən bazara getməyi xüsusilə xoşlayıram. Hətta bəzi adamlar Bakıda işləsələr də, dinclik xatirinə Sumqayıtdan köçmək istəmirlər.