Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, 1 avqust respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, 1 avqust respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.Qədim mədəniyyətə, zəngin dilə malik Azərbaycan xalqı daim öz dəyərləri ilə öyünüb, gələcək nəsillərə ötürüb. Bu faktın bariz nümunəsi Qobustan və Gəmiqaya təsvirləri, epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günüməzdək gəlib çatan yazı vasitələridir. Tarixi mənbələr də sübut edir ki, həmin dəyərli əsərləri yaradarkən, Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə edib.Bu gün dünyanın ən uzaq nöqtələrində də Azərbaycan məktəbləri fəaliyyət göstərir. Vətəndən uzaqda yaşayan soydaşlarımızın övladları ana dilimizdə yazıb oxumağı öyrənir.
Oxunub: 319