Ağamirzəyev Cavanşir Təyyar oğlu.
Ağamirzəyev Cavanşir Təyyar oğlu.
Zalimlərə meydan oxuyanlar susur əfsus
Haqq hesaba hər gündə yalannan basır əfsus
Kimlər gecə işanı qılıb sübhü oyanmır
Yəqin daha şeytanə qulaq çox asır əfsus
Gördüm bunu kimlərki deyir zina haramdı
Bir gənc qızı təklikdə kənardan pusur əfsus
Səhv eyliyən insanı müqəssir tələbiynən
Meydanda camaat açıq aşkar asır əfsus
Fikr etmə Cavanşir yeyilən haqları bir bir
Ləzzət' di diyənlər əvəzin qan qusur əfsus
____________________________________
Son görüşdür buda son sözdü sağol sən də sağol
Şair oldum saha sayəndə sağol səndə sağol
Oğlan
Sənə gəldikcə gülüm sən o qədər naz elədin
Daha hal qoymamısan məndə sağol səndə sağol
Qız
Mənə uyğunlaşa bilmərsən axı tən deyilik
Yoxdu imkanlı əhatəndə sağol sən də sağol
Oğlan
Pulu yoxdur ama hərbir kasıbın sevgisi var
Ey pul üçün yaşıyan bəndə sağol səndə sağol
Qız
Sevgi boşdur, bunu bilki sənə sahiblik edən
Yoxdu dövlətli nümayəndə sağol səndə sağol
Oğlan
Nə qədər qəddarsan mən sənə sevdiyimi dedim
Mənə saldın daha rişxəndə sağol səndə sağol
Qız
Daş qaş hər şeydi mənimçün budu tam doğru həyat
Düşəcəksən başa ayəndə sağol səndə sağol
Oğlan
Eyibi yox bəlkədə birgün yenidən rastlaşarıq
Səni əhv etsə xudavəndə sağol səndə sağol