“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov barəsində film......
Onun barəsində film çəksəm.....Bu filmdə Araz Əhmədovdan böyük ürəyindən söz açardım. Süjetdə ona bələd olan yaxınları və doğmaların danışdırardım. Kimi atanı yoxsa ananı? Hə onlar Araz barəsində danışmazlar. Axı onlar indiki Arazı tanımırlar. Arazı onlar tez tərk ediblər. Allah onlara rəhmət eləsin. Tanıyanlar və dostlar bu maraqlı insandan söz açar, onunla bağlı xatirələrini bölüşər və onun hardasa qəmli olmasını vurğulayar. Araz bəy dərin məntiq və yüksək mədəniyyətə malik olan bir insandır. Onun müəllimi bəs kimdir? Deyimdə, həyat.
Araz bəy hər kəsə kömək etməyə, onu dəstəkləməyə hazır olduğunu göstərir.
Niyə ? Vaxtı ilə özüdə buna möhtac olub.
Filmin sonunda tamaşaçılar ekranda Şamaxıda gəzişən, düşüncələrə dalmış Araz Əhmədovu obrazın görəcəklər. Arazın bu düşüncələri, hədsiz sevdiyi, vicdan və sədaqətlə xidmət etdiyi Şamaxının gələcəyi ilə bağlı idi.
Filmin sonu......