Bu gün Şamaxı rayonunda Qurban bayramı münasibəti ilə "Damla" ictimai birliyinin təşəbbüsü ilə aztəminatlı və Şəhid ailələrinin uşaqları üçün xeyriyyə tədbiri keçirilmişdir.
Bu gün Şamaxı rayonunda Qurban bayramı münasibəti ilə "Damla" ictimai birliyinin təşəbbüsü ilə aztəminatlı və Şəhid ailələrinin uşaqları üçün xeyriyyə tədbiri keçirilmişdir. Tədbirdə Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Qarabağ Əlillərinə Qayğı ictimai birliyinin fəal üzvləri, Şəhid atası, ictimaiyyətçi Ceyhun Heydərov iştirak edirdilər. Tədbirdə təxmini 70-a yaxın uşaq iştirak edirdi. Tədbirdə uşaqlar üçün müxtəlif maarifləndirici oyunlar təşkil olunmuşdur. Uşaqlar qurban payları və "Damla" ictimai birliyi tərəfindən təqdim edilən hədiyyələrlə təltif olunmuşdurlar. Tədbirin sonunda "Damla" ictimai birliyi, Araz Əhmədov, Heydərov Ceyhun, Samir Bağırlı təşəkkürnamə ilə təltif olundular. "Damla" ictimai birliyinə xeyirxah fəaliyyətində uğurlar arzulayırıq. İnformasiya dəstəyi Azgundem.az saytı tərəfindən təşkil olundu.