İsrəfilov İsrayıl Fərhad oglu ( İsrayıl Baxşeş )
İsrəfilov İsrayıl Fərhad oglu ( İsrayıl Baxşeş ) 16 mart 1988 ci ildə Şamaxı şəhərində anadan olmuş, 1994-cü ildə Soltanməcid Qənizadə adına şəhər 1 saylı orta məktəbin 1 ci sinifinə gedmiş, sonralar səhəti ilə əlaqədar olaraq 1997-ci ildə M. K. Veyisov adına 6 saylı məktəbə qəbul olub və 2006-cı ildə oranı bitirmişdir. 1998-ci ildə Hacı Məmmədov adına 2 saylı uşaq musiqi məktəbinin səs ixtisası üzrə muğam şöbəsinə qəbul olub. 2004-cü ildə həmən məktəbin məzunu olmuşdur. Ailəlidir 2 qız, 1 oğul var. 2004- cü ildə ilk Şerlər kitabı işıq üzü görmüşdür. 2012-ci ildə isə 2-ci Şeirlər kitabı işıq üzü görmüşdür. Azərbaycan mətbuatı, Əsrin ziyallıları xeriyyə ictimai birliyi və eyni adlı qəzetin kollektivi tərəfindən, ilin ziyallısı, ilin şairi fəxri diplomuna və qızıl qələm media mükafatına layiq görülmüşdür. İsrayıl Baxşeş, tək yaradıcı insan yox, həmdə yüksək qirayətçilik isdedadınada malikdir.