Azər Hacıyev Ağagül oğlu.








Azər Hacıyev Ağagül oğlu, Ağsu rayon Kalva kəndində anada olub. Hazırda Xəzər universitetinin Filologiya ixtisasınında təhsil alır, 4-cü kurs tələbəsidir. Universitetdə yaradılmış, "Ədəbiyyat dərnəyi"nin nəzdində yaradılmış "Yaradıcılıq" qrupunun rəhbəridir. 
 
Könül incələşirdi, ürək incə olurdu,
Bəlkə səhər gəlirdi, bəlkə gecə olurdu?
Mənki sevgi bilmədim, sevmək necə olurdu?
Səni sevənə kimi!
Gəlib-gedən qalmadı, hər kəsdən sordum səni.
Yuxularım qarşıdı, yuxumda gördüm səni
Memarı Allah oldu, ürəyə hördüm səni
Səni sevəndən sonra!
Bilmirəm mən deyənmi? Odurmu ürək deyən?
Səni hər yerdə gəzdim, -dedi- ürəyim; dayan,
Tapdın xəyal eşqini, oyan yuxudan oyan!
Səni sevəndən sonra!
Ürəyimdə bəslədim sənə olan, "gül eşqi"
Közərdib ürəyimdə od elədim, "kül eşqi"
Mən səndə öyrənmişəm təmiz eşqi, qul eşqi
Səni sevəndən sonra!
 
Məcnun çölləri gəzdi, Fərhad qaya dələndə
Məndə xəbərsiz idim ürəyimə gələndə
Özümdə şübhə etdim sevdiyimi biləndə,
Səni sevəndən sonra!
_______________________________
Allahın, bir əməlin sənindir!
 
Həyat bir üzün sevinc, bir üzündə kədərdi.
Dünya dalınca qaçmaq, insanoğlu, hədərdi.
Mala_mülkə güvənmə, bilki gəldi_gedərdi,
Nəyin varsa Allahın, bir əməlin sənindir!
 
Doxsan yaşa, yüz yaşa əgər dərkin yoxdursa,
Pis əmələ yox deyib, tövbən, tərkin yoxdursa,
Yaxşı olmaz sonunda, səcdən, rükun yoxdursa,
Nəyin varsa Allahın, bir əməlin sənindir!
 
Kəsilərsə əgər ki fağırların pul haqqı,
Ömrü boyu kef_damaq, yetim haqqı, qul haqqı,
Axtar sən bu dünyada,  doğru yolu, bul haqqı
Nəyin varsa Allahın, bir əməlin sənindir!
 
Yönələ bilmədinsə uca olan Allaha,
Dua et, şükür eylə, verən, alan Allaha,
Sənin əməlin sənə, deyil qalan Allaha,
Nəyin varsa Allahın, bir əməlin sənindir!
 
Süleymana qalmayan, dünya kimə qalacaq?
Hər şeyin geci pisdi, gec olan güc olacaq,
Ölüm haqqdır dünyada, hər canlını bulacaq
Bilinməyən günahlar, sirr əməlin sənindir!
Nəyin varsa Allahın, bir əməlin sənindir!

Oxunub: 884
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az