TANRININ İNTİQAMI- Teymur Padar Aydınoğlu.
TANRININ İNTİQAMIDaha bir yaş gəldi yaşımın üstə,daha bir yaş getdi ömrümdən mənim.Çox şeyi gətirdi gələn yaş,gedənçox şeyi apardı böyrümdən mənim.Söz üstə söz yığdım qış düşərgəmdə,sözlər taya oldu ürək bölgəmdə,Nəinki özgələr, öz lal kölgəm də,bir xeyir görmədi ləprimdən mənim.Qara qar ələndi ömür yazıma,tanrı da baxmadı etirazıma,qələm qara saldı alın yazıma, axdı mürəkkəbi sətrimdən mənim.Bu ilan-qurbağa xətti görəndə,öz alın yazıma baxıb güləndəxətrinə dəydisə, mən də öləndə,intiqam alarsan qəbrimdən mənim.11.06.2021. Teymur Padar Aydınoğlu
Oxunub: 680