"Damla" aztəminatlı ailələrə qayğı ictimai birliyinin Şamaxı Rayon üzrə nümayəndəsi Samir Bağıroğlu bu gün "Damla" təşkilatının keçirtdiyi tədbirdə Təşəkkürnamə ilə təltif olunmuşdur.









"Damla" aztəminatlı ailələrə qayğı ictimai birliyinin Şamaxı Rayon üzrə nümayəndəsi Samir Bağıroğlu bu gün "Damla" təşkilatının keçirtdiyi tədbirdə Təşəkkürnamə ilə təltif olunmuşdur. Təşəkkürnamədə yazılmışdır: "Xeyriyyəçilik fəaliyyətinə dəstəyiniz, insanlığa sevginiz, valideyn himayəsindən məhrum uşaqlara şəfqət və qayğınız üçün minnətdarıq. Biz fəxr edirik ki, Sizin kimi xeyirxah və peşəkar nümayəndəmiz var." 
  Samir bəy Şamaxıda xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. Samir bəyə təşəkkürü "Damla" ictimai birliyinin sədri N.Abdullayeva təqdim etmişdir. Əlavə onuda qeyd edək ki, tədbirdə Samir bəylə bərabər ictimai fəal, Şəhid atası Ceyhun müəllimdə iştirak edirdi.

Oxunub: 908
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az