Mehman Süleymanov yazır ki, "Qəbələ"nin uğurlu kadrı - ad günün mübarək, Qarayev!
"Qəbələ" İdman Klubunun rəsmisi Səbuhi Qarayevin həyatında əlamətdar gündü. Belə ki, uzun illər klubun döyüş növləri üzrə koordinatoru olan bu şəxsin ad günüdü - 41 yaşı tamam olur.
2013-cü ilin əvvəlində "Qəbələ" Futbol Klubu İdman Klubuna çevriləndən sonra onun sıralarında olan Qarayev döyüş növlərinə əsas cavabdeh şəxslərdəndi. Məlum olduğu ki, bu klubda da digər növlərinin böyük əksəriyyəti, atıcılığı çıxmaq şərtilə döyüş növləri olduğundan, Səbuhi müəllimin işinin böyük məsuliyyətli olduğu göz qabağındadı. "Qəbələ"də işlədiyim vaxtda tanış və işgüzar münasibətdə olduğum, böyük dəyər verdiyim insanlardan biri məhz Qarayev olub.
Bir vaxtlar cüdo ilə peşəkar səviyyədə məşğul olan, nailiyyətləri olan səbəbkar həm döyüş növlərinin, həm də təşkilati işlərin incəliklərini yaxşı bilir. Geniş məlumat bazası, səlis danışıq qabiliyyəti olması Səbuhi müəllimin əsas üstünlüklərindəndi. "Qəbələ"nin idmançılarının indiyədək həm daxili, həm də beynəlxalq miqyaslı yarışlarda qazandığı uğurlarda Qarayevin də az əməyi olmayıb. Bunu xüsusilə "Qəbələ"lilərin "Bakı-2015" I Avropa Oyunlarında 5 medal (2 qızıl, 2 gümüş, 1 bürünc) qazanmasına şamil etmək olar.
Bəli, Səbuhi müəllimi xeyli vaxtdır ilk növbədə işgüzar insan kimi tanıyıram. Zaman keçdi, Qarayevin vəzifəsi artırıldı, səlahiyyətləri genişləndirildi, daha məsuliyyətli işlər tapşırıldı. Nəticədə o, işlərinin öhdəsindən gələrək, klub prezidenti Fariz Nəcəfovun böyük etimadını qazanaraq sağ əli sayılır. Onu da bildirim ki, Qarayev keçmiş cüdoçu, Avrasiya çempionu olub, Bakı Dövlət Universitetini bitirib. Yəni, savadlı kadr olması ali təhsil ocağını öz biliyi ilə qurtarmasının göstəricisidi.
Səbuhi müəllimin bir müddətdir rəhbərlik etdiyi Şamaxı Olimpiya Kompleksində bu il həqiqətən canlanma oldu. 2019-cu ildə ən çox kütləvi tədbirlər təşkil edən idman qurğusu kimi mükafata da haqq edərək sahib çıxdı. Özü də kompleksdə Olimpiya idman növləri ilə məşğul olmağın ödənişsiz olması xüsusi qeyd olunmalıdı. Bu üzdən İdman Araşdırmalar Mərkəzinin mükafat nominasiyaları arasında həmin idman qurğusunun olmasının yeri vardı. Həm də onu stend atıcılığı üzrə olimpiya çempionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi, polkovnik Zemfira Mehtahətdinovadan almağın...
Səbuhi müəllim, sizə təbriklərimi çatdırır, möhkəm can sağlığı, işlərinizdə uğurlar ailə səadəti arzulayıram.
Oxunub: 281