"Sirlər Xəzinəsi" intellektual müsabiqəsi davam edir.






"Sirlər Xəzinəsi" intellektual müsabiqəsi davam edir.
Cari ilin 21-25 iyun tarixlərini əhatə edəcək növbəti müsabiqənin sualları hər gün “GəncApp” mobil tətbiqi üzərindən bildiriş vasitəsilə saat 21:00-da göndəriləcək. Suallara doğru cavab verən gənclər isə müəyyən edilmiş qaydalara əsasən xallar toplayacaq.
Xalların hesablanması aşağıdakı qaydada aparılacaq. 
Doğru cavabı qeyd edən ilk 5 gənc:
1-ci doğru cavab – 10 xal
2-ci doğru cavab – 8 xal
3-cü doğru cavab – 6 xal
4-cü doğru cavab – 4 xal
5-ci doğru cavab – 2 xal                                                                                 
Sonrakı doğru cavablara görə hər iştirakçı 1 xal qazanır.
Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçiləcək. Qaliblərimizi dəyərli hədiyyələr gözləyir!
Müsabiqə şərtləri çox sadədir:
- “GəncAPP” mobil tətbiqini yükləmələmək;
- Sualı təqdim edildiyi vaxtdan 60 dəqiqə müddətində cavablandırmaq;
Müsabiqədə 16-29 yaş aralığında gənclər iştirak edə bilər.
????: Öncəki "Sirlər Xəzinəsi" intellektual müsabiqəsində qalib olan gənclər iyun ayı üzrə müsabiqədə iştirak edə bilər, lakin həmin iştirakçılara qiymətləndirmə zamanı xal təqdim olunmayacaq.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən təşkil edilən müsabiqə bu ilin sonunadək davam edəcək.
Yarış və qazan!

Oxunub: 336
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az