Qobustan rayonunda 23 – İyun Dövlət Qulluqçularının Peşə Bayramı günü qeyd edilib







Qobustan rayonunda 23 – İyun Dövlət Qulluqçularının Peşə Bayramı günü qeyd edilib
   Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov dövlət qulluqçularını təbrik edərək ölkəmizin inkişafında dövlət qulluqçularının xidmətindən geniş söhbət açaraq onlara bu yolda müvəffəqiyyətlər arzulamışdır. 
Daha sonra tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2021-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mikayılov Elman Elxan oğlunu həm medal alması həmdə doğum günü münasibətilə təbrik etmiş, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəliyev Seymur Niyazi oğlu, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Qayıbov Sülhün İlkin oğlu, Ərəbşalbaş kənd İƏD üzrə nümayəndə Mehralıyeva Solmaz Qazəhməd qızı, Nabur kənd İƏD üzrə nümayəndə İsayev Rahib Qardaşbəyli oğlu və Təklə kənd İƏD üzrə nümayəndə Hüseyinov Hüseyinağa Allahverdi oğlu RİH-in Fəxri Fərmanları ilə təltif etmişdir.

Oxunub: 364
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az