Məşhur aktyor Jan Clod Van Damm bizim qudamızdır ?
Məşhur aktyor Jan Clod Van Dammın oğlu Kristofer azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənib.Cütlüyün nikah mərasimi Azərbaycanın İstanbuldakı Baş konsulluğunda baş tutub. Jan Klod Van Damm da oğlunun nikah mərasimində yer alıb.Qeyd edək ki, Suada pianoçudur və bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib. O, eyni zamanda Prezident təqaüdçüsüdür, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. 21 yaşı var.34 yaşlı Kristofer aktyor kimi bir çox filmlərdə rol alıb. O, Van Dammın aktrisa Qledis Portuqezdən dünyaya gələn oğludur.
Oxunub: 387