Düşündüm ki, ayaqqabımın birini saldımsa, onu hər hansısa bir kasıb tapa bilər......
Bir gün Mahatma Qandi (1869-1948) qatara çatmaq üçün sürətlə qaçır. Qatar sürətini artırdığı bir vaxtda, o, qatara qalxır. Bu anda ayağındakı ayaqqabının bir tayı relslərin üzərinə düşür. Artıq ayaqqabını götürə bilməyəcəyini bilən Qandi, ayağındakı digər ayaqqabını da qatardan atır. Bunu görən dostları, təəccüblənərək ondan niyə belə etdiyini soruşurlar. Qandi onlara cavab verir: - "Düşündüm ki, ayaqqabımın birini saldımsa, onu hər hansısa bir kasıb tapa bilər. Əgər birini tapsa, ona heç bir fayda verməyəcək. Mənə də ayağımda olan cüt heç bir fayda verməyəcək. Ona görə də, hər iksini də atdım ki, onları tapan kasıb bir insan hər ikisindən faydalana bilsin"
Oxunub: 568