Rusiyanın Soçi şəhərində 14 ölkənin idmançıları arasında təlim-məşq toplanışı keçiriləcək.





ATF verdiyi məlumat əsasında.
Rusiyanın Soçi şəhərində 14 ölkənin idmançıları arasında təlim-məşq toplanışı keçiriləcək. 15 iyun tarixində startı veriləcək  məşqlərdə gənc millimizin 13 üzvü iştirak edəcək. 
Baş məşqçi, əməkdar məşqçi Məmməd Abdullayev, məşqlərdə təcrübələrini artırmaq üçün idmançılardan Kənan Əmiraslanov, Səyyad Dadaşov, Eltac Cəfərov, Pünhan Mürsəlov, Nizami Hacıyev, Elmir İsmayılov, Yusif Qurbanov, Nicat İsmayılzadə, Xıdır Məmmədov, Vaqif Hacıyev, Rahid Vəliyev, Şamil Mirzəyev və Xanlar Xanəhmədovu heyətə cəlb edib. Məşqlər 28 iyuna qədər davam edəcək. Millimiz artıq Soçi şəhərindədir.

Oxunub: 306
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az