Şəhid Müşfiq Bayram oğlu Mecidovun doğum günüdür.







Bu gün şəhid qardaşımız Müşfiq Bayram oğlu Mecidovun doğum günüdür.
Müşfiq Bayram oğlu Mecidov 1997-ci il martın 8-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-2014-cü illərdə T.Kərimov adına 2 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. 
Müşfiq Mecidov 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin aprelində baş tutan döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib. Müşfiq Mecidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müşfiq oktyabrın 8-də Ağdərə döyüşləri zamanı şəhid olub. Şəhidimiz doğma Göylər kəndində torpağa tapşırılıb.
Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşfiq Bayram oğlu Mecidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Müşfiqin bu gün 24 yaşı tamam olur, onun doğum günü və Müşfiqin əziz xatirəsi heç zaman yaddan çıxmayacaq. Sən daim bizlərin yaddaşında yaşayacaqsan elimizin qəhrəman oğlu. 
Doğum günün mübarək olsun!
Nur içində yat Müşviq kişi!
Mənbə Göylər və Göylərlilər profilindən.

 

Oxunub: 423
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az