Qubadlı rayon Ş. Kərimov adına Çərəli və C. Həşimov adına Mərdanlı kənd tam orta məktəblərində "Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı" mövzusunda tədbir təşkil edilmişdir.
Tədbirin keçirilməsində məqsəd bərk məişət tullantılarının çeşidlənməsi, idarə edilməsi və təkrar emal edilməsi sahəsində təhsilalanlar və təhsilverənlər arasında maarifləndirmə işinin gücləndirilməsindən ibarət olmuşdur.
Tədbirdə məişət tullantılarının cəmiyyətə və təbiətə mənfi təsirlərinin azaldılması, insan sağlamlığına mənfi təsirləri, onların toplanılması, daşınması, təkrar emalı imkanları istiqamətində görülən işlərdən danışılmışdır. Eyni zamanda şagirdlərin bərk məişət tullantılarından hazırladıqları müxtəlif əşyalardan ibarət guşə yaradılmışdır.
Oxunub: 460