Fuad Muradov kimdir ?






Fuad Muradov kimdir ?
 
Onun barəsində qısa məlumat. Fuad Muradov 1987-ci ilin 3  dekabrı Qazax rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. 1994-cü ildə Bakı şəhəri Xətai rayonu 171 nömrəli məktəbin 1-ci sinfinə getmişdir. Fuad 1996-cı ildən idmanla məşğul olmağa başlamışdır. 2004 - 2005-ci illərdə Avropa və dünya çempionatlarında Azərbaycanı layiqincə təmsil etmişdir. Fuad Muradov idman ustasıdır. Hərbi xidmətini  ön cəbhədə keçirdib.  ADPU-nun tarix fakültəsinin məzunudur. 2008-ci ildən sahibkar kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən dövlətin siyasi tədbirlərinə qoşulmuşdur.
Arif Fuad oğlu Muradov ( ləqəbi: Qazaxlı Alik ) Qarabağ müharibəsinin Azərbaycan tərəfindən iştirakçısı, ehtiyatda olan polkovnikin oğludur.
Fuad Muradov:
- Mənim atam barədə internetde bu məlumat var ki, 1987-ci il noyabrın 25-dən ermənilərə qarşı fəaliyyət göstərməyə başlamışdır. İlk dövrlərdə 15–20 nəfərlik dəstəyə rəhbərlik etmişdir. İlk hərbi əməliyyatlarını isə düşmən arxasına təşkil etmişdir. 1991-ci ilin noyabr ayında hərbi hissə yaradılmış və Qazaxlı Alikin hərbi dəstəsi rəsmi qaydada vuruşmağa başlamışdır. Mayor rütbəsi alan Qazaxlı Alikin döyüşdüyü hərbi hissədə hərbi qulluqçuların sayı 930 nəfər çatmışdı.Onun komandanlıq etdiyi dəstə ilk şəhidini Xocalı soyqırımından sonra vermişdir. 1992-ci il martın 14-də ermənilərin daha böyük dəstə ilə Qazax tərəfdən, Aşağı Əskipara Xeyrimli kəndinin üstündən baş tutan hücumunun qarşısını alarkən Qazaxlı Alik özü yaralanmış, onun dəstəsindən olan Rasim Bayramov isə yaralı halda ermənilər tərəfindən ələ keçirilmiş, sonradan da şəhid edilmişdir.
Ağstafa, Tovuz, Qazax, Kəlbəcər, Laçın, Goranboy, Gədəbəy və Qara bağın bir çox bölgələrindəki hərbi əməliyyatlarda iştirak etmişdir.
Onuda deyim ki, Vətəni sevən, Vətən yolunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur, əksinə öz xalqının qəlbində əbədi yaşayırlar. Vətənimizin ərazi bütövlüyü, xalqımızın dincliyi, torpaqlarımızın azadlığı uğrunda. Bu gün onların bizə əmanət qoyduğu bu torpaqları göz bəbəyimiz kimi qorumalıyıq. Onlar kimi lazım gəldikdə canımızı fəda etməliyik. Çünki and yerimiz Vətəndir. Bu qələbənidə bizə bəxş edən Cənab Prezidentə eşq olsun. 

Oxunub: 3 380
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az