Heydər Ələddinoğlu.




Heydər Ələddinoğlu (Nəsirov Heydər Ələddin oğlu) 1974-cü il yanvarın 1-də Samaxıda anadan olmuşdur. Ədəbiyyata 97-ci ildə görkəmli şairimiz Fikrət Qocanın xeyir-duası ilə gəlmişdir. 1998-ci ildə ilk şerlər kitabı işıq üzü görüb. (“O sevgini qoruyaydıq gərək biz”).
1999-cu ildə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının” Azərbaycan ədəbiyyatı” bölməsində adına “talon”açılıb.
2001-ci ildə növbəti kitabı işıq üzü görüb.(“Mələklər Allahı sevər”). Onlarla mahnı mətninin müəllifidir. 1999-cu ildən bəri bir neçə bəstəkarla yaradıcılıq əlaqələri olub. 2002-ci ildə “Kaş səni sevməyəydim” adlı sözlərinə bəstələnmiş mahnılardan ibarət audio-albomu işıq üzü görüb. Azərbaycan Tələbə Gənclər Təşkilatının 2002-ci ildə müğənni Qədir Məmmədova “Qızılsəs” mükafatının təqdimetmə mərasimində müğənninin ifa etdiyi onun sözlərinə bəstələnmiş “Getmə” mahnısı ən yüksək nominasiyaya malik olan mahnı kimi təqdim edilmişdir. Bəstəkar Razim Paşayevin sifarişi ilə “Şərq” ansamblına yazdıği “Şərqin sədası” mahnı-himni ansamblın qastrolu zamanı bir neçə xarici ölkədə də səsləndirilmişdir. Respublikanın bir neçə populyar müğənnisi sözlərinə bəstələnmiş mahnıları radio və telekanallarda ifa ediblər.Ümummilli Liderimiz Heydər Əliyev Cənablarına həsr etdiyi “Heydər baba Şirvanda”, “Heydər - İlham- Azərbaycan” şerlərinə bəstələnmiş mahnılar müğənnilər və el sənətkarları tərəfindən həvəslə ifa edilmişdir. Şerləri,hekayələri və bir neçə publisistikaları “Ədəbiyyat qəzetində”, “Azərbaycan” jurnalında, “Kredo” qəzetində, onlarla qəzet və jurnallarda, müxtəlif elektron portallarda mütamadi olaraq dərc edilmiş, o cümlədən “Tale ulduzu”, “Beytüs-Səfa”, “Qələm” ədəbi almanaxtlarında şeirləri nəşr edilmişdir.
Ədəbi fəaliyyətilə bağlı respublikanın bir neçə radio kanalında verlişlər hazırlanmış, şerləri səsləndirilmişdir. Bir neçə televiziya kanalının qonağı olub. 2012-ci ildə “Unuda bilməyəcəyəm” adlı sözlərinə bəstələnmiş mahnılardan ibarət CD (MP3) diski işıq üzü görüb2017-ci ilin sonunda "Üzümə çırpılan qapılar" adlı 3-cü kitabı işıq üzü görüb. 2002-ci ilin fevral ayından Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. BDU-nun “Şərqşünaslıq” fakültəsinin məzunu olub. Bakıda yaşadığı vaxt ərzində bir müddət mətbuatda çalışıb.Müstəqil çalışmaları nəticəsində bir neçə xarici dil öyrənib və ədəbi tərcümələri artıq mətbuatda dərc edilməkdədir.
2007-ci ildə Qafqaz Media İctimai Birliyinin (Q.M.İ.B) təsis etdiyi “Qələm” Fəxri Fərmanı və Mükafatına layiq görülüb.Əldə etdiyi uğurlara görə hələ ki iş və s.karyerasını qura bilməsə də,layiqli yerini ala biləcəyinə ümidlə yanaşır.Ailəlidir,üç evladı var.

Mən gələcəyəm
İnad zəncirini sən qırsan əgər,
Qürur güzgüsünü sındırsan əgər,
Həsrət ürəyini yandırsa əgər,
Hicrana dözməsən,mən gələcəyəm.
Qırılan qəlbinə dayaq gətirrəm,
Qaranlıq gözünə çıraq gətirrəm.
İtmiş ümidlərdən soraq gətirrəm,
Ağlama,küsmə sən, mən gələcəyəm.
O ötən günlərə qayıtmaq üçün,
Sevinci qəlbinə tanıtmaq üçün,
O ölən sevgini ayıltmaq üçün-
Qəbirdən səslə sən,mən gələcəyəm...
1999.

Oxunub: 760
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az