-Şərab halaldır, yoxsa haram?






Bir kişi müdrikdən soruşur:
-Şərab halaldır, yoxsa haram?
-Haram.
-Bəs üzüm haramdır, yoxsa halal?
-Halal....
-Bəs şəkər?
-O da halal.
-Onda necə olur ki, ayrılıqda bunlar halaldır, birləşdikdə haram?
Müdrik kişiyə belə bir sualla müraciət edir:
-Yerdən bir ovuc torpaq götürüb üzünə çırpsam səni incidər?
-Yox.
-Bəs bir ovuc su necə?
-O da yox.
-Bəs həmin bir ovuc torpaqla suyu qarışdırıb gündə qurutsam və onunla səni vursam necə?
- O incidər.
-Şərab da belədir. Üzümdə, şəkər də ayrılıqda halaldır, amma onları qarışdırıb uzun müddət saxlasan, cəmiyyətə ziyan verən bir içki alınar, ona görə də haram buyurulub.

Oxunub: 473
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az