Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini təsdiqləyib.
Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini təsdiqləyib
Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və üçüncü oxunuşda təsdiqlənib.AZƏRTAC xəbər verir ki, parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir.
Oxunub: 308