Ərinə sədaqətli olan Ümbülbanu xanım.



Məhəmməd Əmin bəy Rəsulzadənin həyat yoldaşı Ümbülbanu Rəsulzadə xanımdır.
 Rəsulzadənin əmisi Molla Əbdüləzizin övladıdır. 1908-ci ildə ailə qurublar. Rəsuzaldə ADR-in süqutundan sonra Polşaya gedir və burada  Vanda xanımla ailə qurur. Bu hadisəni eşidən Ümbülbanu xanım bir söz demir. Haqq qazandırır ona..
Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib.
Məhəmməd Əmin bəyin anası Maral xanım,  qızları Lətifə və Xalidə, kiçik oğlu Azər 1937-ci ildə Qazaxıstanın Taldı Kurqan vilayətinə sürgün edilirlər; böyük oğlu Rəsul isə 
1938-ci il martın 1-də Bakıda güllələnir. Ümbülbanu xanım Rəsulzadənin anasına son nəfəsinə qədər baxır, yanında olur......
Ərinə sədaqətli olan Ümbülbanu xanım bütün əziyyətlərə baxmayaraq bir-bir yaxınlarının vəfat etməsin gözləri ilə görür. Dəfələrlə müxtəlif təyziqlərə məruz qalır, hətta bir neçə dəfə evlənmə təklifi almasına baxmayaraq Məhəmməd Əmin bəyə sadiq bir xanım kimi həyatın başa vurur.
Dosent Zaur Əliyev

Oxunub: 574
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az