Gözün aydın həyat!
Gözün aydın həyat!
İməkləməyə başlamamışdım heç,
Dedilər dur gəz qızım,
Gəzməlisən...
Necəsə öyrənməlisən.
İlk öncə tutdum durdum,
Bir addım irəliyə atdım,
İkinci addımımda büdrədim,
Amma gəzməkdən əl çəkmədim.
Heç istəsəmdə çəkə bilməzdim
Günlərcə irəliyə addım atmağa cəhd etdim
Və bacardım...
Gözün aydın həyat!
Mən gəzməyi öyrəndim Sənn öyrətdin....
Özüdə yıxıla-yıxıla öyrətdin
Amma indi yıxıldığımı görən olmaz mənim
Çünki mən artıq öz içimdən yıxılıram....
Qəmli Nur.
Oxunub: 382