Onların suallarına cavab verin.....









Nigar müəllimənin dediklərindən:
-    Valideynlərə tövsiyəm bu olardı ki, övladınız "mənim" və "sənin" arasındakı fərqi anlamağa başlayacaq, buna görə uşağınızın dostları ilə nəyi isə paylaşmaqda çətinlik çəkə bilər. Kimin nə ilə oynamasına siz qərar verməyin, icazə verin uşağınız özü bu seçimi etsin. Yalnız kimsə aqressivləşirsə, müdaxilə edib vəziyyəti həll edə bilərsiniz. Övladınızın nitqini inkişaf etdirmək üçün uşağınızı hər zaman söhbətlərə cəlb edin. Onların suallarına cavab verin (çox sualları olacaq!) və özünüz də bir neçə sual verin. Onlara kitab oxuyun, personajlar və hekayə haqqında danışın. Bəli, qaçan, tullanan, dırmanan, dayanmadan hərəkətdə olan uşaqla ayaqlaşmaq çətin ola bilər. Onlara daim “bir yerdə dayan” demək istəyirik, lakin uşaqlara sərbəst şəkildə qaçmağa, tullanmağa dırmanmağa icazə vermək çox vacibdir. Məktəbəqədər yaşlı uşaq öz bacarıqlarını məşq etdirməlidirlər ki, balans və koordinasiyaları daha yaxşı inkişaf etsin.
Dəmirova Nigar Müsənnif qızı 6 dekabr 1990-cı il Şamaxı şəhərinin  Cuxuryurd kəndində anadan olub. 1997-2006 cı illərdə kənd orta məktəbində təhsil almış. 2006-cı ildə Şamaxı Mədəni-Maarif kollecinin "İbtidai təhsil" şöbəsinə qəbul olmuş və 2010-cu ildə kolleci bitirmişdir. 2016-cı ildən etibarən Şamaxı şəhər 1 saylı körpələr evi-uşaq bağcasında fəaliyyətə başlamışdır. Hal-hazırda bağcada olan qruplardan birinin "CÜCƏLƏRİM"qrupunun tərbiyəçilərindən biridir. Fəaliyyətə başladığı gündən Şamaxı Mərkəzi Kitabxananın Uşaq Şöbəsi əməkdaşlıq edir və  bağcada kecirilən bir cox tədbirlərin təşkilatcılarından biridir. Şamaxı rayon Gənclər və İdman idarəsinin təşkil etdiyi şeir müsabiqəsində 1-ci yer tutaraq diplomla təltif olunmuşdur. 14 mart 2021-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil şöbələrində çalışan pedaqoji heyətin attestasiya imtahanında fəaliyyət göstərdiyi bağca üzrə ən yüksək nəticəni göstərmişdir. 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əziz tutaraq onların ailələri ilə mütamadi olaraq görüşür,əbədi ziyarətgahımız olan Şəhidlər Xiyabanını "UNUTMADIQ VƏ UNUTDURMARIQ" şüarı altında hər zaman mələk simalı balalarla ziyarət edirlər.İşlədiyi kollektivin ən kiçik üzvü olmasına baxmayaraq qısa zamanda hər kəsin hörmətini və istəyini qazana bilmişdir.Ailəlidir 2 övladı var. YAP üzvüdür.

Oxunub: 531
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az