Cyriel Byussenin "Bibilər" romanı.






Cyriel Byussenin "Bibilər" romanı
Flamand ədəbiyyatının klassiki Cyriel Byussenin "Bibilər" romanı Azərbaycan dilində nəşr olunub
Flamand ədəbiyyatının ən tanınmış simalarından Siriel Busse ( 1859-Qent-1932 Afsne) Belçika ədəbiyyatında 20-ci əsrə damğasını vurmuş sənətkarlardandır. Flamand naturalist ədəbiyatının ən görkəmli nümayəndələrindən olan Bussenin hekayələri, dram əsərləri və romanları dünyanın bir çox dillərinə tərcümə edilsə də dilimizə ilk dəfə tərcümə edilib. Ədibin “ Bibilər” əsəri Anar Rəhimovun tərcüməsində Alatoran nəşriyyatında yenicə işıq üzü görüb.
Dövrün digər varlı flamand ailələrin övladları kimi fransızca təhsil alsa da, onu sevdirən və xüsusi edən özünü flamand dilinin qorunmasına həsr etməsi, əsərlərini əsasən flamand dilində yazması olub. Bununla da ədib hər bir Belçikalının qəlbində vətənsevər və millətsevər biri olaraq taxt qurmuşdur.  Yaradıcılığa ilk başladığı illərdə müasiri, holland ədəbiyyatının görkəmli nümayəndələrindən Luis Kouperslə yaxın münasibət qurmuşdur və bu əlqələr nəticəsində yazarın ilk kitabı doğma vətənində deyil, məhz Hollandiyada nəşr edilmişdir.

Oxunub: 310
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az