Düz iki əsr sonranı yazdın.......





4 il əvvəl bu satiranı Babam Sabirin ad gününə həsr etmişdim. Sabah böyük Sabirin 159 yaşı tamam olur. Sabir cismən dünyasını dəyişsədə, mə'nən bizim aramızdadır, yaşayır. Ad günün mübarək ay Baba. 
Ay baba fikirlər əlindən azdın
Bu xalqın fikrindən qəbrini qazdın
Düz iki əsr sonranı yazdın
Qurban olum sənə ey dahi şair
Yaxşı ki görmədin bu günü Sabir
Pul üçün vicdanın satanlar çoxdu
Sanmaki millətin gözləri toxdu
Məzarını ziyarət eyləyən yoxdu
Ziyarət olunur ocağ, molla, pir
Yaxşı ki görmədin bu günü Sabir
Özüvü çərrədib qəlbə vurdun ox
Dinimiz bölünüb yetmiş üçdən çox
Daxili cəhənnəm çadra, papağ yox
Kişiylə qadında eynidir zahir
Yaxşı ki görmədin bu günü Sabir 
İndi namus qeyrət qətdənir kişi
Milli musiqimiz xətdənir kişi
Xalqının artisti lütdənir kişi
Pis günə qalıbdır mədəniyət efir
Yaxşı ki görmədin bu günü Sabir 
Kim nə deyər bizdə olan qeyrətə
Məzlumlar, fəqirlər həsrətdir ətə
Məktəbli uşağlar gedir rusyətə
Elmdə, təhsildə vurur tək səbir
Yaxşı ki görmədin bu günü Sabir 
Daima düşündü elin obasın
Vurdu ürəyinə xalqın yarasın
Bu il ad günündə Sabir babasın
Özünə borc bilib vəsf etdi Zamir
Yaxşı ki görmədin bu günü Sabir.

Zamir Məmmədli.

Oxunub: 264
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az