O, bir vətəndaş kimi Vətəninin sevincini, kədərini yaşamağı bacarmalıdır.- Hilal Bəkirov.
Həmsöhbətlərim gənc fəal Hilal Bəkirovdur. Fəal həyat mövqeyi, cəmiyyətə aktiv münasibəti, düşüncəsi və intellekti ilə hər zaman haqqa, ədalətə çağırış edən bir insandır.
- Hilal müəllim gənclərdə hansı keyfiyyətləri görmək istərdiniz?
- Müasir gənc savadlı, bacarıqlı və ixtisasın mükəmməl bilən olmalıdır. Vətəninə qəlbində tükənməz bir sevgi bəsləməlidir. Daimi oxumaq, öyrənmək, təhlil etmək, mənəvi axtarışda olmaq həvəsi zəruri ehtiyaca çevrilməlidir. Cəmiyyətin psixologiyasını bilmək, onları dəyərləndirmək, cəmiyyətin həssas nümayəndələrinə qarşı qayğılı olmaq, yaşlı nəslə qarşı nəvaziş göstərmək müasir gəncin ən başlıca keyfiyyətləridir. Azərbaycan gəncinin şəxsi nümunəsi ilkin şərtdir. Azərbaycan gənci necə geyinir, necə danışır, ətrafındakılara necə münasibət göstərir, söylədikləri ilə hərəkətlərində vəhdət varmı. Vətəninə qarşı qəlbində sevgi, mərhəmət, qələbəlik hissi olmadan yaxşı gənc olmaq mümkün deyil. O, bir vətəndaş kimi Vətəninin sevincini, kədərini yaşamağı bacarmalıdır.
-İctimai və sosial həyatda fəal insansınız bunu kökündə nə dayanır?
- Sosial həyat deyərdim ki, real həyatdan çox çətindir. Hər kəs tərəfindən sevilməyi bacarmaq həm çətindir, həm də şərəflidir. Sosial şəbəkə artıq həyatımızın bir hissəsidir. Mən imkan tapah kimi orada oluram. Fəal mövqeyim var. Fəaliyyətimi, fikirlərimi bölüşməkdən, ictimai həyat hadisələrinə münasibətimdən, eyni zamanda, ictimai fəal gənc kimi dostlar qruplarından qürur duyuram. Prezidentimlə fəxr edirəm. Ölkənin bu inkişaf mərhələsində biz gənclər cənab Prezidentin yanında olmalıyığ. Pandemiya günlərində idarəçilikdə şəxsi mənafeyi üstün tutan, Prezidentin kursuna ləkə gətirən hər bir insan, gənclər tərəfindən qınanmalıdır . O cümlədən, sosial şəbəkələrdə olan bəzi neqativ halları pisləyirəm. Günahkar hər bir şəxs qanun qarşısında cavab verməlidir. Cənab Prezidentə və Şamaxı İcra Hakimiyyətinin fəaliyyətində uğurlar arzulayıram.