Xaçmazda iş adamı çörəyin çəkisini azaldıb.
Cəmil Məmmədli yazır:
Xaçmazda iş adamları çörəyin çəkisini azaldıb.500 qramlıq çörək indi baxın neçə qram gəlir?!Müxtəlif sexlərin çörəyidir, bu dəfə adlarını yazmıram, ancaq bu məsələ həllini tapmasa, bir-bir hansı sexin nə qədər çəki azaltdığını yazmağa məcbur olacam.Maya dəyəri 20 qəpiyə gəlib oturan çörəyin çəkisini niyə kəsəsən ki?Bu xalqı dolamaqdır, aşağılamaqdır, ən azı cibindən oğurlamaqdır.Pandemiya, müharibə və başqa səbəblərdən onsuz da əziyyət çəkən insanları bir də çörəklə imtahana çəkərlər???Baxsan hamısı Həcidi, Kərbəlayıdı, Məşədidi...Nə bilim vallah...
Oxunub: 354