Paytaxtımızın nadir memarlıq incilərindən biri olan, unikal akustika imkanları ilə seçilən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası 1936-cı il mayın 25-də yaradılıb. 1937-ci ildən mədəniyyət ocağı görkəmli bəstəkar Müslüm Maqomayevin adını daşıyır.
Filarmoniya fəaliyyət göstərdiyi 85 illik dövr ərzində milli musiqi sənəti, ifaçılıq və yaradıcılıq sahələrinin inkişafında önəmli rol oynayıb.
Filarmoniyanın yaradımasının məqsədi məhz pərakəndə fəaliyyət göstərən orkestrləri, ansamblları, musiqi kollektivlərini, ifaçıları bir yerə cəmləşdirmək idi. Hazırda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası ölkəmizin ən böyük konsert müəssəsidir.
2017-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Filarmoniyaya “Akademik” statusu verilib.
Oxunub: 447