Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, professor Aqşin Əlizadənin anadan olmasının 84 ili tamam olur.
Mayın 22-də görkəmli bəstəkar, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, professor Aqşin Əlizadənin anadan olmasının 84 ili tamam olur.Qeyd edək ki, Aqşin Əlizadə Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biridir. Onun ilk milli tarixi qəhrəmanlıq baleti olan “Babək” əsəri, habelə “Qafqaza səyahət”, “Qəmli vals” baletləri, beş simfoniyası, süitaları, “Azərilər” kantatası, “Bayatılar” xor silsiləsi, skripka və orkestr üçün konserti Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir.
Oxunub: 382