“50-60 nəfərlə açıq havada toy keçirilə bilər” - Həkim-infeksionist.
Açıq havada maska qadağası götürülsə yaxşı olar. Havalar isinib, insanların açıq havada maska ilə gəzməsi çətinlik yaşadır. Əgər şəxs parkda təkdirsə, yanında heç kim yoxdursa, maska qadağası götürülə bilər. Amma qapalı məkanlarda maska qadağasının götürülməsi düzgün deyil.
“Hələ də pandemiya dövrünü yaşayırıq və koronavirus aramızdan yox olmayb. Parklarda, bulvarda, küçədə tək gəzəndə maska taxmamaq olar. Çünki virus insandan insana keçir. Lakin açıq havada insanlar çox toplaşıbsa, maska taxılmalıdır. Nümunə kimi Hindistanı göstərə bilərik. Maskanı atdılar, bayram keçirdilər və yoluxma sayı çox yüksəldi. Yanında hansısa virus daşıyıcısa yoxdursa, maska taxmaya bilərsən. Həm də insanlar bir ildir sərt karantin rejimindədir, bu, onların psixologiyalarına təsir edir”.
Toyların açıq havada keçirilməsinin mümkünlüyünü qeyd edən infeksionist qeyd edib ki, burada insanların sayı çox olmamalıdır.
“Həmçinin ara məsafəsi gözlənilməlidir. Toyların qapalı məkanda keçirilməsi düzgün olmaz, bu addım risklidir. Qarşıdan yay fəsli gəlir, 50-60 nəfərlə açıq havada toylar keçirilə bilər. Unutmamalıyıq ki, koronavirus tamamilə həyatımızdan yox olmayacaq. Biz bu xəstəliklə bir yerdə yaşayacağıq. İnsanlar COVID-19-u dəfələrlə keçirdikdən sonra onlarda immunitet yaranacaq və xəstəlik adi qrip kimi olacaq. Lakin bu virus yox olmayacaq. Tək-tək də olsa, yoluxma halları olacaq. Bir il əvvəl insanlar koronavirusa necə həyəcan və qorxu ilə yanaşırdısa, indi xəstəliyə öyrəşiblər. Gələn qış koronavirusun olub-olmayacağını da bilmirik. İnsanlara yayda istirahət lazımdır. Psixi, zehni, mənəvi cəhətdən yorulublar. İstirahət lazımdır ki, növbəti qış mövsümü üçün onların immun sistemi güclü olsun", - deyə həkim-infeksionist qeyd edib.
Aytən Zəhra
Azvision.az