Şəfiqə Axundova.


Şəfiqə Axundova.
1972-ci ildə "Gəlin qayası" operasını yazan Şəfiqə Axundova Şərqin ilk opera yazan qadın bəstəkarı olaraq tarixə düşdü. O, 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı musiqi məktəbində oxuyarkən, dahi bəstəkar Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Şəfiqə Axundova Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb, 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib. Yaradıcılığı dövründə 500-dən artıq mahnının müəllifi olan bəstəkarımız 2013-cü ildə Bakı şəhərində vəfat edib.

Oxunub: 742
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az