20 may-Azərbaycanın klassik ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin anım günüdür.




20 may-Azərbaycanın klassik ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin anım günüdür.
Seyid Əzim Şirvani Şamaxıda ruhani ailəsində anadan olub. Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxuyublar.
Şirvaninin realist şeir yaradıcılığı sahəsinə keçməsində isə "Əkinçi" qəzetinin mühüm rolu olub. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırıb, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayıb, onu bilikli müəllim və xeyirxah bir insan kimi qiymətləndirib.
Seyidin ictimai mövzulu satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur.
Zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr yazmış Seyid Əzim Şirvani 1888-ci ildə may ayının 20-də Şamaxıda vəfat edib və orada dəfn olunub. 

Oxunub: 1 179
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az