Həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənişi üçün müraciət qəbulu başlanılmışdır!






Dəyərli həmvətənlər!
Həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənişi üçün müraciət qəbulu başlanılmışdır!
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin  https://e-telebe.edu.az elektron  portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu 19 may 2021-ci il tarixindən aktivləşdirilib.
 Kimlər müraciət edə bilər?
1.1. ünvanlı dövlət sosial yardımı alanlar;
1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya
qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid
olanlar:
1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;
1.2.2. işsiz kimi qeydiyyatda olanlar;
1.2.3. yaşa görə əmək pensiyaçıları;
1.2.4. yaşa görə sosial müavinət alanlar.
Ətraflı məlumat üçün aşağıda göstərilən nömrəyə yaza bilərsiniz


Oxunub: 342
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az