Adil Qasımov – ehtiyyatda olan mayor.








Adil Qasımov – ehtiyyatda olan mayor.
Qasımov Adil Ələddin oğlu 15 oktyabr 1970-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. Orta təhsilini 1978-86-cı illərdə Göylər kənd orta məktəbində, 1986-88-ci illərdə Bakı şəhərində yerləşən Fizika Riyaziyyat təmayüllü respublika internatında almışdır. 
1988-ci ildə İnşaat Mühəndisləri İnstituna daxil olan gənc Adil 1993-cü ildə Yasamal rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır, 1993-96-cı illərdə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin müdavimi olur. 
1996-cı ildə leytenant hərbi rütbəsi ilə xidmətə başlayan Adil Qasımov müxtəlif illərdə 777, 191, 707 və 703 saylı hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışır. Birinci Qarabağ müharibəsinin iştirakçısı olur. 1995-ci il mart hadisələrinin qarşısının alınmasında yaxından iştrak edir, mükafata layiq görülür. Azərbaycan Respublikasının müharibə veteranıdır. O, 2015-ci ildə mayor rütbəsi ilə ehtiyyata buraxılmışdır. 
Hal hazırda Gəncə şəhəri Mirzə Ələkbər Sabir adına 5 saylı orta məktəbin direktor müavini və hərbi rəhbəri vəzifəsində çalışır. 
Evlidir, bir oğlu, bir qızı var.   “Göylər və Göylərlilər” səhifəsi 

Oxunub: 435
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az