
1920-ci illərdə Gürcüstana verilən Azərbaycan torpaqları...
1.Çiaur meşəliyi - 5000 ha - 30 mart 1925-ci il
2.Şirək çölü -18000 ha - 30 mart -1925-ci il
3.Eldar düzü -16387 ha -18 fevral 1929-cu il
4.Vaşlovan və Buğa - 8376 ha - 5 dekabr 1926-cı il
5.İorri - (Qabırrı) yanı rayonu - 8577 ha - 5 dekabr 1926-cı il
6.Çatma çölü -12890,85 ha (Azərbaycanın tərkibində cəmi 5318 ha qaldı) - 7 dekabr 1926-cı il
7.Aramdərə və Bodbi pay torpaqları - 7 dekabr - 1927 -ci il.
8.David Qareci monastırı rayonu - 2884,2 ha - 18 fevral 1929 -cu il.
Ümumiyyətlə, Azərbaycanla Gürcüstan arasında mövcud torpaq mübahisələri haqqında 20-ci illərin ortalarında və ikinci yarısında qəbul edilmiş qərarlar nəticəsində 63 min hektardan artıq ərazi Gürcüstana verilmişdi.Bu zaman 20 -ci illərin əvvəllərində Azərbaycana qaytarılmış və yaxud Azərbaycanın obyektiv haqlarının tanındığı bir sıra torpaqlar da müxtəlif bəhanələrlə Gürcüstana güzəşt edilmişdi .
Elmar Həsənli
Mənbə: Şimali -Qərbi Azərbaycan tarixi, Bakı 2011 ,səh 389